Tamar İoseliani – Anaklia dərin dəniz limanı region üçün aparıcı strateji obyekt olacaq

16:09, 18.07.2026

 

Bu günə olan məlumata əsasən, Anaklia dərin dəniz limanının baş planının yenidən nəzərdən keçirilməsi üzərində işləyirik – bu barədə Niderland Krallığında işgüzar səfərdə olan iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani bildirib.

Nazir müavininin izahatına əsasən, Anaklia dərin dəniz limanının baş planının modifikasiyası çox vacibdir.

“Rotterdam limanında olduq və orada həm qeyd olunan limanın fəaliyyəti, həm də bir çox növ yüklərin boşaldılması və yüklənməsinin həyata keçirildiyi multimodal terminal ilə tanış olduq. Qeyd olunan terminalların necə fəaliyyət göstərməsi, səmərəliliyinin necə olması və hansı sistemlərin tətbiq edildiyi ilə tanış olduq. Bu günə olan məlumata əsasən, Anaklia dərin dəniz limanının baş planının yenidən nəzərdən keçirilməsi üzərində işləyirik. Baş planın modifikasiyası çox önəmlidir, çünki biz bazarın və ölkələrin ticarət maraqlarını nəzərə almalıyıq. Bundan irəli gələrək, fəaliyyət üçün səmərəli və sürətli olacaq şəkildə həm dəmir yolu, həm də quru və dəniz infrastrukturunun vəhdətini yaratmaq vacibdir. Anaklia dərin dəniz limanı region üçün aparıcı strateji obyekt olacaq” – Tamar İoseliani qeyd edib.

Oxşar