Tamar Çerqoleişvili – “Milli Hərəkat”çılıqdan Milli Nanuliliyədək
“Federalistlər” partiyasının lideri Tamar Çerqoleişvili sosial şəbəkədə “Milli Hərəkat”ın sədrliyinə namizədinin Nanuka Jorjoliani olduğunu bəyan edən Mixeil Saakaşviliyə reaksiya verir.
“Milli Hərəkat”çılıqdan Milli Nanuliliyədək” – Çerqoleişvili yazır.
Məlumat üçün bildirək ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazıb ki, “İyul ayında partiyadakı bütün vəzifəli şəxslərin səlahiyyət müddəti başa çatır. Sədr seçkilərinin rejimin müdaxiləsini istisna edən bir formatda keçirilməsi mütləqdir. Mənim sədrliyə namizədim Nanuka Jorjolianidir”.
“Milli Hərəkat”ın hazırkı sədri Tina Bokuçava Mixeil Saakaşviliyə cavab verib və qeyd edib: “Saakaşvilinin paylaşımı mənim üçün son dərəcə məyusedicidir, bizi bu gün olduğumuz yerə belə impulsiv və qeyri-ardıcıl qərarlar gətirib çıxardı”.