Tamar Çerqoleişvili – “Federalistlər” hakimiyyətə gələndə ali və apellyasiya məhkəmələrinə hakimlərin bir hissəsi ümumiyyətlə böyük məhkəmə ənənələri olan ölkələrdən təyin olunacaq

16:06, 05.11.2026

 

“Federalistlər” hakimiyyətə gələndə ali və apellyasiya məhkəmələrinə hakimlərin bir hissəsi ümumiyyətlə böyük məhkəmə ənənələri olan ölkələrdən təyin olunacaq – bu barədə “Federalistlər” partiyasının lideri Tamar Çerqoleişvili sosial şəbəkədə yazıb.

Onun sözlərinə əsasən, istənilən sorğu gürcülərin Strasburq məhkəməsinə gürcü məhkəməsindən daha çox etibar etdiyini sübut edir.

“Federalistlər” hakimiyyətə gələndə ali və apellyasiya məhkəmələrinə hakimlərin bir hissəsi ümumiyyətlə böyük məhkəmə ənənələri olan ölkələrdən təyin olunacaq. Gürcü xalqı bu möhtəşəm işdə bizim tərəfimizdə olacaq. İstənilən sorğu sübut edir ki, gürcülər Strasburq məhkəməsinə gürcü məhkəməsindən daha çox etibar edirlər. Artıq Strasburqdan dördüncü instansiya kimi istifadə etməyə ehtiyac qalmayacaq – burada azad məhkəmə olacaq və ədalətli mühitdə iqtisadiyyat çiçəklənəcək” – Tamar Çerqoleişvili yazır.

Oxşar