Tamar Çerqoleişvili: Deyəsən, Mixeil Saakaşvili daha çox admiral Nelson rolunda çıxış edəcək, Nil döyüşünə gedəcək və Napoleonu məğlub edəcək

16:31, 29.07.2026

“Federalistlər” partiyasının lideri Tamar Çerqoleişvili Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin bugünkü məhkəmə iclasında həbsdən çıxacağı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
“Deyəsən, sən daha çox admiral Nelson olacaqsan, Nil döyüşünə gedəcək və Napoleonu məğlub edəcəksən, ey qalib baş komandan”, – deyə Tamar Çerqoleişvili sosial şəbəkədə yazıb.
Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili məhkəmə iclasında belə demişdi:
“Məni istədiyiniz qədər həbsdə saxlayın. Mən həbsdən Nelson Mandela kimi çıxacağam və birbaşa hakimiyyətə gələcəyəm. Siz isə ‘Qızılgül İnqilabı-2’nin baş verməsinə şərait yaradacaqsınız

Oxşar