Tamar Çerqoleişvili – Aksiyalar zamanı həbs olunan siyasi məhbuslardan əfv istəyən kim varsa, hamısını buraxacaqlar, rejim elə buna yalvarır, onları azadlığa buraxmadan Qərblə münasibətləri nizamlaya bilməyəcəklər
Hər bir siyasi məhbusun əfv istəyib-istəməməsi öz qərarıdır və mən onları mühakimə etmək niyyətində deyiləm – bu barədə “Federalistlər” partiyasının lideri Tamar Çerqoleişvili sosial şəbəkədə yazır.
Onun sözlərinə əsasən, əfv istəyənlərin hamısını buraxacaqlar.
“Dostlar, aksiyalar zamanı həbs olunan siyasi məhbuslardan əfv istəyən kim varsa, hamısını buraxacaqlar – aylardır rejim elə buna yalvarır ki, “peşman olun, sizi buraxaq”.
Siyasi məhbusları azadlığa buraxmadan Qərblə münasibətləri nizamlaya bilməyəcəklər. Çoxdan rejim elə bunu tələb edir.
Aydındır ki, əfv istəyib-istəməmək hər bir siyasi məhbusun öz qərarıdır və mən onları mühakimə etmək niyyətində deyiləm – sadəcə faktı qeyd edirəm” – Çerqoleişvili yazır.
Məlumat üçün bildirək ki, prezident tərəfindən Mariamoba bayramı ilə əlaqədar əfv edilən məhbuslar arasında müxtəlif vaxtlarda etiraz aksiyalarında həbs olunmuş şəxslər də var. Mixeil Ğavelaşvili ümumilikdə 226 nəfəri əfv edib. Prezident Administrasiyasının məlumatına əsasən, əfv azadlıqdan məhrum etmə cəzasına məhkum edilən 217 şəxsə və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən 6 şəxsə şamil olunub, 3 şəxsin isə məhkumluğu götürülüb.