Tamar Bekauri “Masterşefin”ın yeddinci mövsümünün qalibi oldu
Gürcüstan kanalının “Masterşefin” kulinariya meqaşousunun yeddinci mövsümünün qalibi bəlli olub. Tamar Bekauri ölkənin ən yaxşı aşpazı adını qazanıb.
Qalib bugünkü final şousunda bəlli oldu.
Mariam Bartia və Sandra Koreneviç də “Masterşef” adı uğrunda mübarizə aparıblar. “Masterşef” tarixində ilk dəfə olaraq üç qadın finala yüksəlib.
Gürcüstan televiziyasında yeganə lisenziyalı beynəlxalq kulinariya meqaşousunun yeddinci mövsümü “Masterşef” aprelin 17-də Gürcüstanın Birinci Kanalında başlayıb.