Tamar Balaiya MİM şəxslərin hüquqları ilə bağlı Avropa Bölgə Sammitində iştirak etdi
Tamar Balaiya MİM şəxslərin hüquqları ilə bağlı Avropa Bölgə Sammitində iştirak etdi

Səhiyyə nazirinin müavini, Tamar Balaiya MİM şəxslərin hüquqları ilə bağlı Avropa Bölgə Sammitində iştirak etdi.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yüksək səviyyəli görüşdə məhdud imkanlara malik şəxslərin hüquqları, inklüziv cəmiyyətin inkişafına dəstək mexanizmləri, o cümlədən səhiyyə, sosial müdafiə və işlə təmin olunma məsələləri müzakirə olundu.

“Tamar Barkalaiya Gürcüstanda bu istiqamətdə aparılan və planlaşdırılan islahatlara diqqət yetirdi. Nazir müavini qeyd etdi ki, insan hüquqlarının tam şəkildə qorunacağı, hər kəsin inkişaf prosesində iştirak edə biləcəyi mühitin yaradılması əhəmiyyətlidir”, – Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Elə onların məlumatına görə, videokonfrans formatında keçirilən sammitdə BMT təşkilatlarının, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofis (WHO)i, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Beynəlxalq Əmək Təşkilatı (ILO) və müxtəlif Nazirliklərin nümayəndələri iştirak edirdilər.