Tamar Baçaliaşvilinin ailə üzvləri və yaxınları ABŞ Səfirliyi önündə aksiya keçirdilər
Tamar Baçaliaşvilinin ailə üzvləri və yaxınları ABŞ Səfirliyi önündə aksiya keçirdilər

Vəfat edən Tamar Baçaliaşvilinin ailə üzvləri və yaxınları Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı Səfirliyi önündə aksiya keçirdilər.

Tamar Baçaliaşvilinin atası, Cumber Baçaliaşvilinin bəyan etdiyinə görə, onun qızının işi üzrə həqiqət müəyyənləşdirilməyənə qədər aksiyalar davam edəcək.

Bununla yanaşı, vəfat edənin anası, Teona Tamazaşvili bəyan edir ki, onun qızının işinin istintaqına Federal Büro qatılmasa, Səfirlik binası qarşısında aclıq edəcək.

Aksiyada “Sirtsxvilia” hərəkatının üzvləri və Malxaz Maçalikaşvili iştirak edirdi.