Tamar Arçuadze - bu gündən, Kutaisi Beynəlxalq Aeroportuna avtobus və taksilərdən başqa sərnişinlərin imkanı var ki, dəmiryolu vasitəsilə getsinlər
Bu gündən Gürcüstan Dəmiryolunun sərnişin qatarlarının yeni dayanacağı – Kutaisi Aeroportu stansiyası əlavə olundu. Beynəlxalq standartlara tam cavab verən və MİM insanlar üçün uyğunlaşdırılmış stansiya bu gün Kutaisi hava limanının ilk sərnişinlərini qəbul etdi.
Gürcüstan Aeroportlar Birləşməsinin direktoru, Tamar Arçuadzenin bəyan etdiyinə görə, layihə çox əhəmiyyətlidir, çünki aeroport istiqamətinə mobillik daha da artacaq.
“Bu kifayət qədər əhəmiyyətli layihədir, çünki bu gündən, Kutaisi Beynəlxalq Aeroportuna avtobus və taksilərdən başqa sərnişinlərin imkanı var ki, dəmiryolu vasitəsilə getsinlər. Bu, sərnişinlərə hava limanına rahat vaxtda və rahat nəqliyyat növündə çatmaq üçün bütün mövcud nəqliyyat vasitələrindən istifadə etməyə imkan verir”, – Tamar Arçuadze bəyan edir.
Bərpa olunan stansiyadan Kutaisi Beynəlxalq Aeroprtuna qədər məsafə bir kilometr 800 metrdir ki, onu qət etmək beş dəqiqədən az vaxt aparır. Gürcüstan Aeroportlar Birləşməsi sərnişinlərə stansiyadan aeroporta və əksinə pulsuz servis xidmətləri təklif edir. Bu gündən Kutaisi Aeroportunda dəmir yolu kassalarına bilet təqdim edəcək bütün sərnişinlər Tbilisi, Zuqdidi, Batumi, Poti və Ozurqetidən Kutaisi Aeroportuna, aeroportdan isə Tbilisi, Batumi, Zuqdidi, Poti və Ozurqetiyə pulsuz səyahət edəcəklər. Aksiya 7 maya qədərdir.
Məlumatı Gürcüstan Aeroportlar Birləşməsi yayır.