Tamaq Qabuniya - 12 yaşınadək uşaqlara fərqli dozalı vaksin lazımdır, istehsalçılarla ilkin danışıqlarımız var
İmmunizasiya Şurasının bu gün müzakirə etdiyi və hökumətin təsdiq etməli olduğu 2022-ci ilin planına uyğun olaraq, uşaq yaşına məxsus vaksinlər də nəzərdə tutulub.
Səhiyyə nazirinin müavini, Tamar Qabuniyanın bəyan etdiyinə görə, 12 yaşınadək uşaqlara fərqli dozalı vaksin lazımdır və istehsalçılarla ilkin danışıqları aparılır.
“12 yaşından yuxarı onsuz da aparılır. 12 yaşınadək uşaqlara fərqli dozalı vaksin lazımdır. Bu vaksin də planın hissəsinə daxil edilib və bununla bağlı istehsalçılarla ilkin danışıqlarımız var. Həvəsləndirici tədbirlər yenə də yuxarı yaşı olan əhali ilə olacaq. Həvəsləndirici tədbirlər işləyir, necə buster doza, eləcə də birinci peyvəndlər baxımından. Hələlik bu komponent davam etdiriləcək”, – Qabuniya bəyan etdi.