“Taliban”, Kabili nəzarətə götürdükdən sonra yüzlərlə sakin Əfqanıstanı tərk etməyə çalışır

10:47, 16.08.2021

Taliban, paytaxt Kabili ələ keçirdiklərini elan etdikdən sonra yüzlərlə insan Əfqanıstanı tərk etməyə çalışır.

Sakinlər evlərini tərk edir və geri dönməkdən qorxurlar. Medianın yazdığı kimi, şəhərin mərkəzində tam bir xaos hökm sürür, ictimai xidmətlər işləmir, mağazalar bağlanır və yollarda tıxac yaranır.

Daha əvvəl ABŞ Dövlət Departamenti Əfqanıstanı tərk etmək istəyənlərin ölkəni tərk etməsinə icazə verilməli olduğunu bildirmişdi. Onlar bütün tərəfləri əcnəbilərin və Əfqanıstan vətəndaşlarının Əfqanıstandan təhlükəsiz şəkildə çıxmasını asanlaşdırmağa çağırıblar. 60 -dan çox ölkə bununla razıdır.

Hazırda Kabil hava limanında başqa ölkələrin vətəndaşları təxliyə olunur.

Oxşar