Tacikistanın milli aviaşirkəti "Somon Air" Tbilisi hava limanında fəaliyyətə başladı
Tacikistanın milli aviaşirkəti “Somon Air” Tbilisi Beynəlxalq Hava Limanında ilk müntəzəm uçuşunu həyata keçirdi.
Yay naviqasiya mövsümündə Düşənbə-Tbilisi istiqamətində uçuşlar həftədə iki dəfə, hər bazar ertəsi və çərşənbə günü həyata keçiriləcək.
Aviaşirkət B737-800 və B737-900 tipli qöyərtələrlə uçuşları həyata keçirəcək. “Somon Air” 25 ölkədə müntəzəm və çarter reysləri həyata keçirir.