Tacikistanın milli aviaşirkəti “Somon Air” Tbilisi hava limanında fəaliyyətə başladı

16:54, 22.05.2024

Tacikistanın milli aviaşirkəti “Somon Air” Tbilisi Beynəlxalq Hava Limanında ilk müntəzəm uçuşunu həyata keçirdi.

Yay naviqasiya mövsümündə Düşənbə-Tbilisi istiqamətində uçuşlar həftədə iki dəfə, hər bazar ertəsi və çərşənbə günü həyata keçiriləcək.

Aviaşirkət B737-800 və B737-900 tipli qöyərtələrlə uçuşları həyata keçirəcək. “Somon Air” 25 ölkədə müntəzəm və çarter reysləri həyata keçirir.

Oxşar