Tailandda məktəb avtobusu yanıb, 25 nəfər həlak olub, xəsarət alanlar da var

13:03, 01.10.2024

 
Tailandda məktəb avtobusu yanıb, nəticədə də 25 nəfər həlak olub. Məlumatı “Reuters” yayır.

Banqkokda baş verən hadisə nəticəsində 16 şagird və 3 müəllim xəsarət alıb, onlar xəstəxanaya aparılıblar.

Yanğına nəyin səbəb olduğu bilinmir və istintaq aparılır.

Ölkənin baş naziri hadisəyə münasibət bildirib və həlak olanların ailələrinə başsağlığı verib. Paetonqtarn Şinavatranın məlumatına əsasən, məktəb şagirdləri ekskursiyada olublar.

Oxşar