Tailandda mağarada qalan yeniyetmələr valideynlərinə məktublar göndərdilər
Tailandda mağarada qalan yeniyetmələr valideynlərinə məktublar göndərdilər

Yerin altında, mağarada keçirilən iki həftədən sonra, xilas etmə əməliyyatlarına paralel olaraq, mağarada qalan 12 yeniyetmə və 20 yaşlı təlimçiləri ailələrinə məktub göndərdilər.

Onların emosiya dolu məktubları dünya medyasının diqqətini çəkdi.

Uşaqlar ailə üzvlərinə yazırlar ki, darxıb, üzülməsinlər, çünki yaxın zamanda görüşəcəklər.

Tailand iqtidarı uşaqları yer altındaki mağaradan çıxardmalarının alternativ metodlarını müzakirə edir. Xilas etmə əməliyyatına onlarla könüllü qoşulub. İnsanlar mağaraya tökülən suyu qurutmağa çalışırlar.

Tailandın şimal hissəsində yerləşən Tham Luanq mağarasında 12 yeniyetmə futbolçu və onların 20 yaşlı təlimçiləri iyunun 23-də itdilər. İntensiv axtarış nəticəsində, onları doqquz gündən sonra tapdılar.

Yeniyetmələr mağaraya girdikdən sonra, oraya su doldu və onlar bayıra çıxa bilmədilər.