Svetitsxovelidə Gürcüstanın Katolikos-patriarxı Üçüncü Şionun taxta çıxma mərasimi keçirilir
Svetitsxovelidə Gürcüstanın Katolikos-patriarxı Üçüncü Şionun taxta çıxma mərasimi keçirilir

 

Svetitsxoveli kafedral məbədində Bütün Gürcüstanın Katolikos-patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu və Bicvinta və Tsxum-Abxaziya mitropoliti Üçüncü Şionun taxta çıxma mərasimi keçirilir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili, qanunverici və icra hakimiyyəti orqanlarının nümayəndələri Svetitsxoveli məbədində yeni patriarxın taxta çıxma mərasimində iştirak edirlər. “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili də Svetitsxovelidədir.

Mayın 11-də Gürcüstan Pravoslav Kilsəsinin genişləndirilmiş iclasında Şio Mucirini Gürcüstanın yeni, 142-ci Katolikos-patriarxı seçiblər.