Sürücülük hüququ qazanmaq üçün bazar ertəsindən cümə günü də daxil olmaqla yalnız planlı imtahanlar keçiriləcək, plandankənar imtahanlar isə yalnız şənbə günü olacaq
Cari ilin iyun ayından etibarən avtonəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) qazanmaq üçün keçirilən praktiki imtahanla bağlı mühüm dəyişiklik qüvvəyə minəcək. Bu dəyişikliyə əsasən, bazar ertəsindən cümə günü də daxil olmaqla yalnız planlı imtahanlar keçiriləcək, vətəndaşlar plandankənar imtahanı vermək imkanına isə yalnız şənbə günü malik olacaqlar. Bununla əlaqədar Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi bəyanat yayır.
“Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi nəzərinizə çatdırır ki, vətəndaşların maraqları nəzərə alınaraq və əlçatanlığın artırılması məqsədilə, cari ilin iyun ayından etibarən avtonəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) qazanmaq üçün keçirilən praktiki imtahanla bağlı mühüm dəyişiklik qüvvəyə minəcək.
Dəyişiklik qüvvəyə minənə qədər vətəndaşlar bazar ertəsindən şənbə günü də daxil olmaqla sürücülük vəsiqəsi üçün həm planlı, həm də plandankənar (250 larilik) praktiki imtahandan yararlanmaq imkanına malik idilərsə, dəyişiklik qüvvəyə mindikdən sonra bazar ertəsindən cümə günü də daxil olmaqla yalnız planlı imtahanlar keçiriləcək. Vətəndaşlar plandankənar imtahanı vermək imkanına yalnız şənbə günü malik olacaqlar.
Buradaca qeyd edirik ki, plandankənar imtahanların kvotası bütövlükdə planlı imtahanlara əlavə olunacaq” – bəyanatda qeyd olunub.