"Suriyənin demokratik qüvvələrində" bəyan edirlər ki, razılaşmaya baxmayaraq, türk əsgəri hücum etməyə davam edir
“Suriyənin demokratik qüvvələrində” bəyan edirlər ki, razılaşmaya baxmayaraq, türk əsgəri hücum etməyə davam edir.
Bu barədə məlumatı “Royter” yayır.
“Suriyənin demokratik qüvvələrinin” nümayəndələrinin bəyanatına görə, hava və artileriya hücumu Suriyənin Ras-el-Ain şəhərində davam edir. Həmin şəhərdə isə, döyüşçülərlə bərabər dinc əhali də var.
Oktyabrın 17-də ABŞ-ın dövlət katibi və vitse-prezidenti Türkiyəyə getdilər və Türkiyə iqtidarı ilə Suriyədə atəşkəs haqqında razılaşdılar.
Razılaşmaya əsasən, hərbi əməliyyatlar beş günlüyünə dayandırılacaq və o vaxta qədər kürt döyüşçüləri Türkiyə sərhədindən uzaqlaşmalıdırlar.