Suriyədə Türk hərbi əməliyyatının dayandırılmasının müddəti bu gün başa çatır
Suriyədə Türk hərbi əməliyyatının dayandırılmasının müddəti bu gün başa çatır.
ABŞ-ın vasitəçiliyi ilə nail olunan 120 saatlıq atəşkəsin müddəti bu gün, Tbilisi vaxtı ilə, saat 23:00-da başa çatır.
Ona qədər isə, Soçidə Türkyə və Rusiya prezidentlərinin danışıqları keçiriləcək.
Putinlə görüş zamanı Rəcəp Tayyip Erdoğan Suriyədəki hərbi əməliyyatlar haqqında müzakirə aparacaq.
Türkiyə liderinin ona qədər verdiyi bəyanata görə, Vladimer Putin ilə görüşdən sonra, Suriyənin şimal hissəsində “mütləq olan addımlar atılacaq”.
Xatırladaq ki, oktyabrın 9-da, Türkiyə, Suriyənin şimal hissəsində, kürt teroristlərinə qarşı hərbi əməliyyata başladı. Oktyabrın 17-də isə, ABŞ-ın vitse-prezidenti Maik Pens ilə görüşdən sonra, Türkiyə müvəqəti olaraq, hərbi əməliyyatları dayandırdı.
Nail olunan razılaşmaya əsasən, Türkiyə və Suriyənin sərhədində yerləşən kürtlər sərhəddən 30 kilometrlik məsafəyə çəkilməliidilər.
Əgər razıəlaşmanım şərti yerinə yetirilməsə, Türkiyə hərbi əməliyyatlara davam edəcək.