Suriyədə kimyəvi maddə ilə zəhərlənmə simptomları 500 pasientdə aşkarlandı
Suriyədə kimyəvi maddə ilə zəhərlənmə simptomları 500 pasientdə aşkarlandı.
Bu barədə məlumatı Dünya Səhiyyə Təşkilatı partnyorlarına dayanaraq yayır.
Ekspertlərin bəyan etdiklərinə görə, şərgi Ğuta əyalətində kimyəvi maddələrin təsir simptomarı 500-dən artıq insanda aşkar olundu.
Beynəlxalq təşkilatın nümayəndələri tələb edirlər ki, onların əməkdaşlarına şərqi Ğuta əyalətinə və Duma şəhərinə maneəsiz giriş izni verilsin.
Xatırladırıq ki, şərqi Ğuta əyalətində yerləşən Duma şəhərinə kimyəvi maddənin buraxılması nəticəsində 70 nəfər həlak oldu. Ölənlər arasında qadınlar və uşaqlar da var.
Dəməşq və Moskva isə, Duma şəhərinə kimyəvi maddənin buraxılması haqqında məlumatı inkar edirlər.