Suriyanın təhlükəsizlik qüvvələri Latakiya şəhərində ələvilərin aksiyasını dağıtmaq üçün odlu silahdan istifadə edib
Suriyanın təhlükəsizlik qüvvələri Latakiya şəhərində ələvilərin aksiyasını dağıtmaq üçün odlu silahdan istifadə edib

 

Suriyanın təhlükəsizlik qüvvələri Latakiya şəhərində ələvilərin aksiyasını dağıtmaq üçün odlu silahdan istifadə edib.

Sosial şəbəkələrdə yayılan video materialda huşsuz vəziyyətdə olan bir nəfər görünür.

“Reuters”in məlumatına əsasən, yüzlərlə ələvi nümayişçi Latakiyaya toplaşıb və Suriyada siyasi sistemin desentralizasiyasını tələb edib.

Həmçinin, aksiyanın iştirakçıları yeni hakimiyyətin qanunsuz olaraq saxladığı insanların azad edilməsini tələb edirdilər.

Medianın yazdığı kimi, bundan sonra hökumət tərəfdarları əraziyə toplaşıblar və ələviləri təhqir edirdilər. Daha sonra meydanda atəş səsi eşidilib. Latakiya əyalətinin media ilə əlaqələr üzrə rəhbəri Nureddin El-Brimo “Reuters”ə bildirib ki, təhlükəsizlik qüvvələri rəqib etirazçıları dağıtmaq üçün havaya atəş açıb. Onun izahatına əsasən, naməlum hücumçular həmçinin mülki əhaliyə və təhlükəsizlik qüvvələrinə atəş açıblar.