Suriyanın sabiq prezidenti Bəşər əl-Əsəd ölüm cəzasına məhkum edilib

15:20, 11.08.2026

 

Suriyanın sabiq prezidenti Bəşər əl-Əsəd və kiçik qardaşı Maher ölüm cəzasına məhkum ediliblər. Ölkədən 2024-cü ildə qaçan eks-prezident qiyabi mühakimə olunub və 14 illik münaqişə ərzində bəşəriyyətə qarşı törədilmiş cinayətlərə, eləcə də hərbi cinayətlərə görə cəzanın ən ali səviyyəsinə məhkum edilib.

Həmçinin, onun əmisi oğlu, Daraa əyalətində üsyan zamanı mülki vətəndaşların təqib edilməsinə rəhbərlik edən və yekunda vətəndaş müharibəsinə gətirib çıxaran Suriya ordusunun sabiq generalı Atef Nacib də mühakimə olunub. O, məhkəmə zalında olub.

Suriya münaqişəsi yarım milyona yaxın insanın həyatına son qoyub. Yüz minlərlə insan isə qaçqına çevrilib.

Oxşar