Suriyanın xarici işlər naziri Nyu Yorkda ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüşüb
Suriyanın xarici işlər naziri Əsəd əl-Şaybani Nyu-Yorkda ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüşüb.
Suriya hökumətinin nümayəndəsinin görüşü kiminlə keçirdiyi hazırda bilinmir.
BMT-nin görüşlərində iştirak etmək üçün Nyu-Yorkda olan Əsəd əl-Şaybani ABŞ-a daxil olmaq üçün məhdud viza alıb.
Bu, ABŞ-nin rəsmi şəxsləri ilə Əsəd əl-Şaybani arasında ABŞ ərazisində keçirilən ilk görüşdür.
Keçən ay Amerika Birləşmiş Ştatları Suriyaya Dəməşqin yerinə yetirməsini istədiyi səkkiz şərt təqdim edib. Digər məsələlərlə yanaşı, siyahı qalan kimyəvi silah ehtiyatlarının məhv edilməsi və əcnəbilərə idarəçilikdə yüksək vəzifələr verilməməsinin təmin edilməsini əhatə edir. Dövlət Departamentinin mətbuat katibi Temi Brius görüşlə bağlı suala cavabında bildirib ki, ABŞ hazırda Suriya ilə diplomatik münasibətləri normallaşdırmır.