Suriyanın Hama şəhərində Milad ağacının yandırılmasına görə etiraz aksiyaları başlayıb
Suriyanın Hama şəhərində Milad ağacının yandırılmasına görə etiraz aksiyaları başlayıb. Bu barədə məlumatı “BBC” yayır.
Sosial mediada yayılmış videoda maskalı silahlı şəxslərin əksəriyyəti xristianların yaşadığı şəhərin əsas meydanında Milad ağacını necə yandırdıqları görünür.
Bəşər Əsədə qarşı üsyana rəhbərlik edən islamçı qrup Milad ağacının yandırılmasına görə məsuliyyət daşıyanların əcnəbi döyüşçülər olduğunu və onların artıq tutulduğunu bildirirlər.
Aksiyanın iştirakçıları Suriyada yaşayan dini azlıqlar üçün ədalət tələb edirlər.
“Biz xristianlar üçün ədalət tələb edirik, əgər biz ölkəmizdə öz dinimizə görə yaşaya bilmiriksə, deməli, o, artıq bizim ölkəmiz deyil” – aksiya iştirakçılarından biri deyir.