Suriyada həlak olan rus hərbiçilərinin sayı dördə qədər artdı. Rusiya Müdafiə Nazirliyində bəyan edirlər ki, iki rus hərbiçisi xəstəxanada həlak oldu. Hərbi xəstəxanada daha üç hərbi xidmətçi qalmaqdadır.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi iki rus hərbi məsləhətçisinin qətlə yetirilməsi barəsində məlumat yaydı. Onlar Dey Er Zor rayonunda, silahlı döyüşçülərin hücumu nəticəsində həlak oldular. Rusiya Müdafiə Nazirliyində təsdiq edirlər ki, cavab hücumu nəticəsində Suriyalı və rus hərbiçiləri 43 terrorçunu məhv etdilər.