Suriya Xarici İşlər Nazirliyi - İsrailin hücumları gərginlik və xaos yaratmağa, həmçinin Suriyada təhlükəsizlik və sabitliyə maneə olmağa yönəlmiş məqsədyönlü siyasətdir
Suriya Xarici İşlər Nazirliyi - İsrailin hücumları gərginlik və xaos yaratmağa, həmçinin Suriyada təhlükəsizlik və sabitliyə maneə olmağa yönəlmiş məqsədyönlü siyasətdir

 

Suriya Xarici İşlər Nazirliyi İsrail tərəfindən Dəməşqdə dövlət qurumlarına və mülki hədəflərə hücumları və Suveydada həyata keçirilmiş hava hücumlarını pisləyir. Bu barədə nazirlik tərəfindən yayılmış bəyanatda qeyd olunub.

Bəyanatda qeyd edildiyi kimi, İsrailin hücumları ölkədə gərginlik və xaos yaratmağa, həmçinin Suriyada təhlükəsizlik və sabitliyə maneə olmağa yönəlmiş məqsədyönlü siyasətdir.

“Suriya bu təhlükəli eskalasiya və onun nəticələrinə görə məsuliyyəti tam şəkildə İsrailə yükləyir” – bəyanatda qeyd olunub.

Məlumat üçün bildirək ki, İsrail bir az bundan əvvəl Suriyanın Prezident Sarayına və Müdafiə Nazirliyinin binasına hücum edib. İsrail Müdafiə Qüvvələrində həmçinin Suriya paytaxtında yerləşən ölkənin Müdafiə Nazirliyinin qərargahını bombaladıqlarını təsdiqləyiblər. İsrailin Dəməşqə hücumları nəticəsində həlak olanların sayı 3-ə artıb, 34 nəfər yaralanıb.