Suriya Səhiyyə Nazirliyinin məlumatına əsasən, İsrailin hücumu nəticəsində Dəməşqdə 1 nəfər həlak olub, 18 nəfər isə yaralanıb
Suriya Səhiyyə Nazirliyinin məlumatına əsasən, İsrailin hücumu nəticəsində Dəməşqdə 1 nəfər həlak olub, 18 nəfər isə yaralanıb.
Məlumat üçün bildirək ki, bir az bundan əvvəl İsrail Suriya Prezident Sarayına və Müdafiə Nazirliyinin binasına hücum edib.
Suriya hökuməti İsrailin hücumunu pisləyir və əsas prioritetin təhlükəsizlik və sabitliyin qorunması olduğunu bildirir.
Suriyada, xüsusən də Suveyda əyalətində druz döyüşçüləri ilə bədəvi qəbilələri arasında hərbi qarşıdurma bir neçə gündür davam edir.