Suriya Prezidenti BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedib
Suriya Prezidenti BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedib

 

Suriya Prezidenti Ahmed al-Şaraa BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedib. Bu barədə “CNN” yazır.

Medianın xəbər verdiyi kimi, bu, 1967-ci ildən sonra Suriya Prezidentinin BMT-yə ilk səfəridir.

“CNN”in məlumatına əsasən, Ahmed al-Şaraanın səfəri Dəməşq üçün mühüm diplomatik məqamdır, çünki Suriya Prezidenti təxminən 60 ildən sonra BMT-yə qayıdır.

Ahmed al-Şaraanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində suriyalı nazirlər və yüksək vəzifəli şəxslər var.