Suriya mediası İsrailin Suveyda şəhəri yaxınlığına növbəti zərbə endirməsi haqda məlumat verir
Suriya mediası İsrailin Suveyda şəhəri yaxınlığına növbəti zərbə endirməsi haqda məlumat verir

 

Suriyanın dövlət mediası İsrailin Suveyda şəhəri yaxınlığına növbəti zərbə endirməsi haqda xəbər verir – bu barədə “Times of Israel” Suriya mediasına istinadən yazır.

Medianın məlumatına əsasən, bu, Suriya hökumət qüvvələrinin ərazini tərk etməsindən sonra İsrail tərəfindən həyata keçirilən ilk zərbədir.

Suriyanın dövlət agentliyi “SANA” xəbər verir ki, “İsrail təyyarələri Suveyda şəhərinin şəhərətrafına hücum həyata keçiriblər”.