Suriya mediası – İsrail qoşunları Suriya sərhədini keçiblər və ölkənin cənubuna, Daraa əyalətinin qərb hissəsinə daxil olublar

18:57, 07.08.2026

 

İsrail qoşunları Suriya sərhədini keçiblər və ölkənin cənubuna, Daraa əyalətinin qərb hissəsinə daxil olublar. Bu barədə məlumatı yerli media yayır.

Suriya telekanalı, İsrail qüvvələrinin iki kəndə atəş açdığına və daha sonra öz mövqələrinə qayıtdıqlarına dair məlumat verir.

Mülki əhali arasında tələfat barədə məlumat yayılmayıb. Suriya hakimiyyəti əvvəllər dəfələrlə İsraili ölkənin cənub regionlarında vəziyyəti destabilləşdirmək cəhdində ittiham edib.

Suriya mediasına əsasən, 2026-cı ilin iyul ayında İsrail işğalçı qüvvələri tərəfindən Suriyada 187 pozuntu halı törədilib, bu da 239 pozuntunun təsdiqləndiyi iyun ayı ilə müqayisədə təxminən 22 faiz azdır.

Suriya Prezidenti Ahmed al-Şaraa iyulun 26-da bəyan edib ki, Dəməşq İsrail ilə qarşıdurmadan yayınmağa çalışır və təhlükəsizlik haqqında sazişə nail olmaq üçün dost dövlətlərlə iş aparır.

Oxşar