Suriya keçid hökumətinin prezidenti fevralın 2-də Səudiyyə Ərəbistanına gələcək

10:31, 02.02.2025

Suriya Keçid Hökumətinin prezidenti Əhməd əl-Şaraa fevralın 2-də Səudiyyə Ərəbistanına gələcək.

Bu, Bəşər Əsədin dekabrda ölkəni tərk etməsindən və üsyançı qüvvələrin hakimiyyətə keçməsindən sonra Şaaranın ilk xarici səfəri olacaq.

Bu barədə “Reuters” ərəb mediasına istinadən məlumat yayıb.

Səudiyyə Ərəbistanının xarici işlər naziri yanvarın 24-də Dəməşqdə olarkən krallığın Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların aradan qaldırılmasına kömək etmək üçün Avropa və ABŞ ilə danışıqlar apardığını deyib.

Oxşar