Suriya İnsan Haqları Müşahidə Qrupu Suveyda əyalətində druz döyüşçüləri ilə bədəvi qəbilələri arasında bir neçə gün davam edən qarşıdurma nəticəsində həlak olanların sayının 300-ü keçdiyi haqda məlumat verir
Suriya İnsan Haqları Müşahidə Qrupu Suriyada, Suveyda əyalətində druz döyüşçüləri ilə bədəvi qəbilələri arasında bir neçə gün davam edən qarşıdurma nəticəsində həlak olanların sayının 300-ü keçdiyi haqda məlumat verir.
İyulun 13-də başlayan qarşıdurmalardan sonra 69 druz döyüşçüsü və 40 mülki şəxs həlak olub. İsrailin zərbələri nəticəsində hökumət qüvvələrinin 165 üzvü və 18 bədəvi döyüşçü, həmçinin hökumətin təhlükəsizlik qüvvələrinin 10 üzvü həlak olub.
Bundan başqa, Suriya Səhiyyə Nazirliyi İsrail tərəfindən Müdafiə Nazirliyinin Dəməşqdəki qərargahına endirilmiş zərbələr nəticəsində 1 nəfərin həlak olduğunu, 18 nəfərin isə yaralandığını bildirir. Medianın yazdığı kimi, zərbələr nəticəsində Müdafiə Nazirliyinə yaxın dördmərtəbəli binanın bir hissəsi dağılıb.