Suriya İdlib bölgəsində aerodromun bombalanmasında İsraili günahlandırır və bunun regional sabitliyə təhlükə yaradan ciddi təcavüz aktı olduğunu bəyan edir
Suriya İdlib bölgəsində aerodromun bombalanmasında İsraili günahlandırır və bunun regional sabitliyə təhlükə yaradan ciddi təcavüz aktı olduğunu bəyan edir. Suriya Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, İsrail tərəfindən həyata keçirilən bombardman ölkənin suverenliyinin və ərazi bütövlüyünün pozulmasıdır.
“Suriya təsdiqləyir ki, Suriya dövlətinin təmkinli olmağa və sabitliyi möhkəmləndirməyə və eskalasiyanın qarşısını almağa çalışdığı bir vaxtda, 2024-cü ilin dekabrın 8-dən bəri İsrail hücumlarının davam etməsi, İsrail işğalının bu səyləri pozmaq və bölgəni daha da gərginliyə və qeyri-sabitliyə sürükləmək cəhdlərini bir daha ortaya qoyur” – bəyanatda qeyd olunub.
Bəyanata əsasən, Suriya bu gərginliyə görə İsrail işğalını günahlandırır, beynəlxalq ictimaiyyəti və BMT Təhlükəsizlik Şurasını bu təcavüzü açıq şəkildə pisləməyə, İsrail tərəfindən Suriyanın suverenliyinin dəfələrlə pozulmasına qarşı qətiyyətli mövqe tutmağa çağırır.
Bəyanatda vurğulanır ki, Suriya beynəlxalq hüquq və normalarla təmin edilən qanuni vasitələrlə öz hüquqlarını və milli mənafelərini müdafiə etməyə davam edəcək.