Suraminin Kvandzi-Ubisa hissəsində traylerlərin hərəkəti saat 17:00-a qədər qadağandır
Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentinin məlumatına görə, yol təmiri işlər səbəbindən, beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun km135-km173 hissəsində (Suraminin Kvandzi-Ubisa hissəsi) bu gün saat 17:00-a qədər qoşqu və yarımqoşquların hərəkəti qadağandır, başqa növ avtonəqliyyatın hərəkəti sərbəstdir.