Sulxan Tamazaşvili İmereti Polis Departamentinin əməkdaşlarına yeni rəhbəri təqdim edib
Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili birinci müavini Roni Mesxi ilə birlikdə İmereti Polis Departamentində işgüzar görüş keçirib və əməkdaşlara yeni rəhbəri, polis polkovniki Maizer Xvareşianı təqdim edib.
Sulxan Tamazaşvili yeni təyin olunmuş direktoru vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğur arzulayıb, İmereti Polisinin sabiq direktoru Ramaz Tataraşviliyə fəaliyyətinə görə təşəkkürünü bildirib.
Maizer Xvareşia Daxili İşlər Nazirliyi sistemində çoxillik iş təcrübəsinə malikdir.