Sulxan Tamazaşvili – Türk həmkarımla görüşdə iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın daha da dərinləşməsinə hazır olduğumuzu bir daha təsdiqlədik

18:10, 01.09.2026

 

Şadam ki, bu gün Gürcüstan və Türkiyə Respublikası arasında hüquq-mühafizə sahəsində mövcud əməkdaşlığın mühüm məsələlərini müzakirə etdik və onun daha da dərinləşməsi üçün konkret istiqamətləri müəyyənləşdirdik – bu barədə daxili işlər naziri Sulxan Tamazaşvili Gürcüstanda rəsmi səfərdə olan Türkiyə Respublikasının daxili işlər naziri Mustafa Çiftçi ilə birgə bəyanat zamanı qeyd edib.

Onun sözlərinə əsasən, Türkiyə Respublikası Gürcüstan üçün mühüm strateji tərəfdaşdır.

“Ölkələrimizi çoxillik dostluq, mehriban qonşuluq münasibətləri və çoxşaxəli əməkdaşlıq təcrübəsi bağlayır. Bugünkü görüşdə iki ölkənin hüquq-mühafizə orqanları arasında mövcud əməkdaşlığın daha da dərinləşməsinə hazır olduğumuzu bir daha təsdiqlədik” – Sulxan Tamazaşvili qeyd edib.

Oxşar