Sulxan Tamazaşvili – Türk həmkarımın səfəri bir daha təsdiq edir ki, iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq nəticəyə yönəlib və qarşılıqlı etimada əsaslanır
Bugünkü rəsmi səfər bir daha təsdiq edir ki, Gürcüstan və Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq nəticəyə yönəlib və qarşılıqlı etimada əsaslanır – bu barədə daxili işlər naziri Sulxan Tamazaşvili Gürcüstanda rəsmi səfərdə olan türk həmkarı ilə verilən birgə bəyanat zamanı qeyd edib.
“Biz gələcəkdə də bu əməkdaşlığı fəal şəkildə davam etdirməyə və ölkələrimizin təhlükəsizliyi, eləcə də vətəndaşlarımızın mühafizəsi ilə bağlı çağırışlar üzərində birgə işləməyə hazırıq. Türk həmkarıma və nümayəndə heyətinin üzvlərinə Gürcüstana səfərlərinə və səmərəli əməkdaşlığa görə bir daha təşəkkür edirəm.
İnanıram ki, Gürcüstan və Türkiyə daxili işlər nazirlikləri arasında mövcud sıx koordinasiya gələcəkdə də davam edəcək və daha da güclənəcək” – daxili işlər naziri Sulxan Tamazaşvili qeyd edib.