Sulxan Tamazaşvili Mühafizə Polisi Departamentinin rəhbər şəxsləri ilə işgüzar görüş keçirib
Daxili işlər naziri Sulxan Tamazaşvili Mühafizə Polisi Departamentinin sədri Qiorqi Aladaşvili, onun müavinləri və departamentin idarə rəisləri ilə işgüzar görüş keçirib.
DİN-in məlumatına əsasən, Qiorqi Aladaşvili görüşdə nazirə Mühafizə Polisinin fəaliyyəti haqda tam məlumat təqdim edib və onu departamentdəki cari layihələr ilə tanış edib.
“Sulxan Tamazaşvili Daxili İşlər Nazirliyinin əməkdaşlarının, o cümlədən Mühafizə Polisi əməkdaşlarının sosial təminatlarının yaxşılaşdırılmasına diqqət yetirib və bu istiqamətdə müvafiq layihələrin gələcəkdə də fəal şəkildə davam etdiriləcəyini bildirib. Daxili işlər naziri Mühafizə Polisi Departamentinin rəhbər şəxslərinə peşəkar fəaliyyətlərində uğurlar arzulayıb” – DİN-in məlumatında deyilir.