Sulxan Tamazaşvili İnsan Hüquqlarının Müdafiəsi və Hüquq Departamentlərinin əməkdaşları ilə işgüzar görüş keçirib

11:31, 01.08.2026

Daxili işlər naziri Sulxan Tamazaşvili müavini Aleksandre Daraxvelidze ilə birlikdə İnsan Hüquqlarının Müdafiəsi Departamentinin nifrət nitqinə qarşı mübarizə şöbəsinin və Hüquq Departamentinin məhkəmələrlə əlaqələr şöbəsinin əməkdaşları ilə görüş keçirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, nazir insan hüquqlarının müdafiəsi istiqamətində qurumda həyata keçirilən islahatlara, ictimai məkanda nifrət zəminində törədilən hüquq pozuntularının aşkarlanmasına və qanunvericiliklə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin əhəmiyyətinə diqqət çəkib.
“Görüşdə həmçinin nazirliyin nifrət nitqinə qarşı mübarizə sahəsində əldə etdiyi nəticələr müzakirə olunub. Qeyd edilib ki, iki ay ərzində 300-ə yaxın ehtimal olunan hüquq pozuntusu faktı müəyyən edilərək məhkəməyə təqdim olunub.
Sulxan Tamazaşvili əməkdaşlara gördükləri işə görə təşəkkür edib və bildirib ki, nifrət nitqinə, təhqirə və zorakılığı təşviq edən hərəkətlərə qarşı mübarizə dövlətin əsas prioritetlərindən biridir”, – deyə nazirliyin məlumatında qeyd olunub.

Oxşar