Sulxan Tamazaşvili ilə Azərbaycanın daxili işlər naziri arasında telefon danışığı baş tutub
Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili ilə Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov arasında telefon danışığı baş tutub.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, azərbaycanlı həmkarı Sulxan Tamazaşvilini vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona peşəkar fəaliyyətində uğurlar arzulayıb.
Qurumun məlumatına əsasən, Vilayət Eyvazov Sulxan Tamazaşvilini Azərbaycan Respublikasına rəsmi səfərə dəvət edib.