Sulxan Tamazaşvili Gürcüstanın daxili işlər naziri təyin edilib
Sulxan Tamazaşvili Gürcüstanın daxili işlər naziri təyin edilib

 

Sulxan Tamazaşvili Gürcüstanın daxili işlər naziri vəzifəsinə təyin edilib.

Bu barədə Gürcüstanın Hökumət Administrasiyasında keçirilən brifinqdə məlum olub.

Sulxan Tamazaşvili Acara hökumətinin sədri vəzifəsini tuturdu.

Sulxan Tamazaşvili daxili işlər naziri vəzifəsində Qeka Qeladzeni əvəz edib.

Kadr dəyişikliklərinə əsasən, Qeka Qeladze Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə namizəd göstərilib.

Qeka Qeladze 2025-ci ilin mayın 28-dən daxili işlər naziri vəzifəsini tuturdu.