Sulxan Tamazaşvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb
Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, görüşdə nazir diplomata nazirliyin prioritet istiqamətləri və cari islahatlar barədə məlumat verib.
“Tərəflər iki ölkə arasında mövcud olan sıx və dostluq əlaqələrinin əhəmiyyətini xüsusilə qeyd etdilər. Gürcüstan və Azərbaycanın hüquq-mühafizə orqanları arasında məhsuldar və effektiv əməkdaşlığa xüsusi diqqət yetirildi.
Görüş zamanı həmçinin münasibətlərin gələcək perspektivləri nəzərdən keçirildi və müxtəlif istiqamətlərdə əməkdaşlığı fəal şəkildə davam etdirməyə hazır olduqları ifadə olundu. Görüşün sonunda tərəflər qeyd etdilər ki, birgə səylərlə hüquq-mühafizə sahəsində mövcud olan tərəfdaşlıq daha da dərinləşəcək” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.