Sulxan Tamazaşvili Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsində olub
Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili nümayəndə heyəti ilə birlikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsində olub.
Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov, eləcə də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandanı Şahin Məmmədov Gürcüstan nümayəndə heyətinə ev sahibliyi ediblər.
Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında, Gürcüstan nümayəndə heyətinin üzvlərinin hərbi texnika və infrastruktura baxış keçirdikləri, eləcə də bölmənin imkanları və fəaliyyətinin əsas sahələri ilə tanış olduqları deyilir.
“Səfər çərçivəsində Gürcüstanın daxili işlər naziri ilə azərbaycanlı həmkarı arasında ikitərəfli görüş keçirilib, bu görüş zamanı tərəflər hüquq-mühafizə sahəsində mövcud əməkdaşlığı və gələcək tərəfdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşdə iki qurum arasında uğurlu əməkdaşlıq və bunun daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb” – Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir.