"Sülh Şurası"na üzvlük üçün daha üç ölkə İsrail, Almaniya və Finlandiya dəvət alıb
İsrail, Almaniya və Finlandiya ABŞ Prezidentindən “Sülh Şurası”na üzvlük üçün dəvət alıblar. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisində ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu və ya onun seçdiyi nümayəndəni Qəzzanın “Sülh Şurası”na üzv olmağa dəvət etdiyini bildiriblər.
Bununla yanaşı, alman “Der Spiegel” nəşri xəbər verir ki, Almaniya ABŞ Prezidentindən “Sülh Şurası”na üzvlük üçün dəvət alan ölkələr arasındadır. Almaniya hökumətinin nümayəndəsi Stefan Kornelius kansler Fridrix Mertsin “Sülh Şurası”na üzvlük üçün dəvəti aldığını və dəvətə görə ABŞ-a təşəkkür etdiyini qeyd edib. O, hələlik qərar verilmədiyini və hökumətin dəvətə cavab verməklə bağlı tərəfdaşlarla məsləhətləşmələr aparmağı planlaşdırdığını bildirib. Almaniya hökumətinin nümayəndəsi Rusiya Trampın dəvətini qəbul edərsə, Almaniyanın üzvlüyü istisna edib-etməyəcəyi ilə bağlı şərh verməkdən imtina edib.
Bununla yanaşı, Finlandiyanın Prezident Administrasiyası Finlandiyanın da “Sülh Şurası”na üzvlük üçün dəvət aldığını bildirir.
Bundan əvvəl Rusiya və Belarusun “Sülh Şurası”na dəvət olunduğu haqda məlumat yayıldı.