Sülh razılaşmasına əsasən, minlərlə fələstinli Qəzza sektorunun şimal hissəsinə qayıtmağa başlayıb

13:43, 27.01.2025

 
Sülh razılaşmasına əsasən, minlərlə fələstinli Qəzza sektorunun şimal hissəsinə qayıtmağa başlayıb.

Bundan əvvəl İsrail ordusu bəyanat yayaraq Qəzza sakinlərinin saat 07:00-dan etibarən Netzarim dəhlizi ilə geri qayıda biləcəyini bildirmişdi.

Qəzza sektorunun sakinlərinin Netzarim yolu və Rəşid küçəsi ilə piyada qayıtmaq hüququ var.

Nəqliyyat vasitələrinin şərqə, Salah ad-Din küçəsində təhlükəsizlik yoxlamalarından sonra saat 09:00-dan etibarən keçməsinə icazə verilir.

Həmçinin, İsrail ordusu Qəzza əhalisinə bir sıra xəbərdarlıqlar edib, o cümlədən: Qəzzanın şimalına terror ünsürləri və ya silah daşımasınlar; Qəzzada və ya İsrail ərazisində İsrail Müdafiə Qüvvələrinin mövqelərinə və qoşunlarına yaxınlaşmasınlar; Qəzzanın cənubunda Rafah keçidinə və Filadelfiya dəhlizi ərazisinə yaxınlaşmasınlar və yaxın günlərdə Aralıq dənizində çimməsinlər, suya dalmasınlar və balıq tutmasınlar.

Oxşar