"Suxişvilebi" Berlində onların afişasında Gürcüstanı "Grusien" olaraq xatırlanması məsələsinə əks səda verirlər
Milli Baletin rəhbərliyi Berlində, konsert zalı önündə afişada Gürcüstanı “Grusien” olaraq xatırlanması məsələsinə əks səda verir. Müvafiq bəyanat “Suxişvilebi”-nin rəsmi veb səhifəsində yayıldı.
“Berlində planlaşdırılmı. konsertimizin afişasında Gürcüstanın “Grusien” olaraq xatırlanması faktına əks səda vermək istəyirik və bildiririk ki, təəssüflər olsun afişanın dizaynı ansamblın rəhbərliyi ilə irəlcədən razılaşdırılmayıb və biz özümüzdə bu haqqda bir neçə gün bundan əvvəl eşitdik.
İnanın ki, sizdən də az deyil, daha da artıq hiddətlənmişik.
Biz artıq Berlində bizim konsertin təşkilatçı prodyuser şirkəti ilə əlaqə saxladıq, səhvin düzəldilməsini tələb etdik və vəd aldıq ki, yaxın günlərdə bu afişanın yenisi ilə əvəz edilməsi baş verəcək”, – bəyanatda deyilir.
“Suxişvilebi” Milli Baletin konserti Berlində yanvarın 28-də keçiriləcək.