Süddeutsche Zeitung - Angela Merkel Gürcüstana həmrəyliyini Abxaziya və "Cənubi Osetiya"-da həlak olan qəhramanlar memorialına əklil qoyaraq bildirəcək
“Almaniya kansleri Gürcüstana həmrəyliyini Abxaziya və “Cənubi Osetiya”-da həlak olan qəhramanlar memorialına əklil qoyaraq bildirəcək” – bu barədə Almaniyanın Süddeutsche Zeitung nəşriyyatının yaydığı məqalədə deyilir, hansı ki, Merkelin Gürcüstana, Azərbaycana və Ermənistana səfərinə aiddir.
Məqalədə qeyd olunur ki, Angela Merkelin Cənubi Qafqaza səfərini Moskva da maraqla izləyir.
Məqalədə, Merkelin Gürcüstana səfəri haqqında həmçinin qeyd olunur ki, Gürcüstan Avropa üçün açıqdır və azad ticarət haqqında razılaşma da artıq formalaşdırırlıb.
“Görünür ki, iqtisadi baxımından bu kurs işə yaradı, çünki ölkədə 2018-ci ildə 4,5%-lik iqtisadi artım müşahidə olundu” – deyilir məqalədə.
Bununla yanaşı məqalənin müəllifi yazır ki, məhz Merkel, 2008-ci ildə, Buxarest sammitində, ABŞ-ın sabiq prezidenti Corc Buşun israrlı tələbinə rəğmən, Gürcüstanın və Ukraynanın qərblə daha çox yaxınlaşmasına mane olmuşdu.
“Bunlardan sonra, NATO ilə bağlı açıq qapı siyasəti qüvvəyə mindi. Gürcüstana həmrəyliyini isə, Angela Merkel Abxaziya və Cənubi Osetiyada həlak olan qəhramanlar memorialına əklil qoyaraq bildirəcək” – deyilir Süddeutsche Zeitung-un məqaləsində.