Sudandan Amerikalı diplomatlar və onların ailə üzvlərinin təxliyəsi baş verdi
Sudanda atışma və partlayış səsləri eşidilir, paytaxt Xartumda əhalinin böyük hissəsinə elektrik enerjisi və su verilmir. Sudandan bir neçə saat bundan əvvəl Amerikalı diplomatlar və onların ailə üzvlərinin təxliyəsi baş verdi. Bu barədə məlumatı ABŞ prezidenti, Co Baydenin özü təsdiq edir.
“Bu gün mənim göstərişimlə Amerika Birləşmiş Ştatlarının hərbçiləri Xartumdan Amerika hökumətinin əməkdaşlarını çıxarmaq üçün əməliyyat keçirdilər”, – Naydenin bəyanatında qeyd olunur.
Yayılan məlumata görə, 100-ə yaxın Amerika vətəndaşı üç helikopterlə Sudanı tərk etdi.
Xatırladaq ki, bu, Sudandan xarici ölkə vətəndaşlarının artıq ikinci təxliyəsidir.
Sudanın paytaxtında ordu ilə “Çevik Dəstək Qüvvələrinin” hərbiləşdirilmiş qruplaşması arasında qarşıdurmalar ötən həftə başladı.