09:49, 02.09.2025
Sudanda torpaq sürüşməsi nəticəsində azı 1 000 nəfər həlak olub. Bu barədə məlumatı “BBC” üsyançı qruplaşma – “Sudanın Azadlıq Ordusu”na istinadən yayıb.
Üsyançıların məlumatına görə, torpaq sürüşməsi ölkənin qərbində, Marra dağlıq bölgəsinin Tarasin kəndində, bir neçə gün davam edən güclü yağışların nəticəsində baş verib.
Onların açıqlamasına əsasən, yaşayış məntəqəsində fəlakətdən yalnız bir nəfər sağ qalıb. “Sudanın Azadlıq Ordusu” BMT-yə və digər regional, həmçinin beynəlxalq təşkilatlara humanitar yardım göstərilməsi üçün müraciət edib.
Qeyd olunur ki, “Sudanın Azadlıq Ordusu” ilə silahlı qrup – “Sürətli Dəstək Qüvvələri” arasında silahlı qarşıdurma başladıqdan sonra Şimali Darfurdən məcburi köçkünlər məhz Marra dağlıq bölgəsinə sığınmışdılar.