Sudanda davam edən hərbi qarşıdurmalar fonunda, Sudan ordusu prezident sarayı üzərində nəzarəti bərpa edib
Sudanda davam edən hərbi qarşıdurmalar fonunda, Sudan ordusu prezident sarayı üzərində nəzarəti bərpa edib. Bu barədə “BBC” məlumat yayır.
Medianın məlumatına əsasən, strateji əhəmiyyət kəsb edən binaya demək olar ki, son iki il ərzində hərbi qrup, “Sürətli Dəstək Qüvvələri” nəzarət edirdi. “BBC”nin yazdığı kimi, son aylarda qarşıdurmanın kəskinləşməsi nəticəsində Sudan ordusu əhəmiyyətli uğurlar əldə edib.
Prezident sarayının yaxınlığında nazirliklərin və maliyyə institutlarının binaları yerləşir. Xartumun mərkəzində nəzarət əldə edilməsi fonunda, Sudan ordusu paytaxt üzərində nəzarəti bərpa etməyə yaxındır. Hərbiləşmiş qüvvələr hələ də ölkənin ərazisinin əhəmiyyətli hissəsinə, o cümlədən Qərbi Darfur bölgəsinə nəzarət edir.
Məlumat üçün bildirək ki, Sudan ordusu və “Sürətli Dəstək Qüvvələri” 2019-cu ildə Sudanda Omar əl-Bəşirinin hakimiyyətinin sona çatmasından sonra iqtidara gəlib və əməkdaşlıq ediblər, lakin sonradan vətəndaş idarəçiliyinin qurulması ilə bağlı razılaşa bilməyiblər. Fikir ayrılığının mahiyyəti, hərbiləşmiş qrupun orduya inteqrasiyası ilə bağlı idi, həmin vaxt “Sürətli Dəstək Qüvvələri”nin döyüşçüləri hücuma keçərək paytaxtın böyük hissəsini ələ keçirdilər.